Qırmızı soğan suyu sağlamlıq üçün bir çox faydalı xüsusiyyətlərə malikdir.
Foodinfo.az xəbər verir ki, tərkibindəki bol antioksidantlar, xüsusilə kversetin orqanizmi sərbəst radikallardan qoruyaraq iltihabın qarşısını alır. Bu, ürək-damar sağlamlığını dəstəkləyir və xolesterini tənzimləyir.
Qırmızı soğan suyu immun sistemini gücləndirir, orqanizmi infeksiyalardan qoruyur və soyuqdəymə zamanı bəlğəmi azaldır.
Həzm sisteminə faydalıdır, mədə turşusunu tənzimləyir və bağırsaq sağlamlığını dəstəkləyir.
Həmçinin saç tökülməsinin qarşısını almaq və saçların uzanmasını sürətləndirmək üçün qırmızı soğan suyu tətbiq edilir.
Dəri sağlamlığı üçün də təsirli olan bu su sızanaqların azalmasına və dərinin təmizlənməsinə kömək edir.