Ədviyyatlar sağlamlığımız üçün güclü xüsusiyyətlər təqdim edən ən müalicəvi mənbələrdən biridir. Bunlardan biri də məhləb bitkisidir.
Bu möcüzəvi ədviyyatda kalium, kalsium, dəmir, sink və maqnezium mineralları var. Ondan tort, müxtəlif bulkalar, peçenyelərin bişirilməsində, həmçinin qırmızı əti marinasiya edərkən istifadə edə bilərsiniz.
Foodinfo.az xəbər verir ki, bu, çox güclü vitamin və mineralları ehtiva edən ədviyyatlardan biridir. Mahlepin ən məşhur faydası orqanizmimizin xəstəliklərə qarşı müqavimətini artırmasıdır. Xüsusilə soyuq qış mövsümündə istehlak edilməsi lazım olan mahləb həm bəlğəm çıxarır, həm də boğazı sakitləşdirir.
Qaraciyər və böyrək sağlamlığına müsbət təsir edərək bədənimizə enerji verir.
Liflə zəngin ədviyyat olduğundan həzm sisteminin sağlamlığını da qoruyur və gücləndirir.
Bədənimizdə yığılan toksinlərin atılmasını təmin edən məhləb həm də stress səviyyəsini azaldır və sinir sağlamlığımıza güclü faydalar təqdim edir.
Qan dövranını yaxşılaşdıran bu ədviyyat şəkər xəstələri üçün də şəfa mənbəyidir.