Rusiyada Müasir Siyasəti Öyrənmə İnstitutunun direktoru Anton Orlov qida məhsulları ilə bağlı əsas məlumatlarda şriftin böyüdülməsini təklif edib.
Müraciətində politoloq qeyd edib ki, ərzaq pərakəndə satış mağazalarına və hipermarketlərə gedən milyonlarla insan mütəmadi olaraq digər şəxslərdən malların üzərindəki məlumatı oxumağa köməklik göstərilməsi xahiş edir.
Bununla əlaqədar olaraq, normativ hüquqi aktlara əsas məlumatlar (tərkibi, əks göstərişlər, istehsal tarixi və istifadə müddəti, müştərilərin şikayətləri ilə bağlı əlaqə və s.) üçün minimum məqbul şrift ölçüsü ilə bağlı müddəanın daxil edilməsinin məqsədəuyğun hesab olunur.