Payızda havanın sürətli dəyişməsi meteohəssas insanlarda narahatlıq yarada bilər. Neqativ nəticələrdən qurtulmaq üçün bəzi qidaları gündəlik rasiondan çıxarmaq lazımdır.

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina danışıb.

Həkim bildirib ki, əgər insan atmosfer təzyiqində dəyişiklikləri kəskin hiss etməyə başlayırsa, o zaman ürək-damar sisteminə faydalı təsir göstərəcək pəhrizə riayət etməyə başlamalıdır. Onun sözlərinə görə, meteohəssas insanlar üçün trans yağlar (duzlu, hisə verilmiş, marqarin), ağ undan hazırlanmış və şəkər əlavə edilmiş məhsullar qadağandır. Zərərli maddələr sırasına duz da daxildir.

"Duzu rasiondan çıxarmaq lazımdır, çünki o, bədəndəki mayeni saxlayır, bu isə təzyiqin artmasına səbəb olur. Havada oksigenin miqdarı az olduqda (atmosfer təzyiqinin dəyişməsi zamanı) bəzi insanlar tərkibində natrium nitrit olan məhsullar (kolbasa, vetçina) səbəbindən özlərini pis hiss edə bilərlər”, - deyə diyetoloq vurğulayıb.