Avstraliyanın Melburn universitetində 500 tələbə və müəllim heyəti təxliyə edilib. Təxliyəyə səbəb universitetin kitabxanasında kəskin qoxu gəlməsi olub. Rəhbərlik həmin qoxunun qaz olduğunu yəqin edərək təxliyə barədə qərar verib. Hadisə yerinə cəlb olunan fövqəladə xidmətin işçiləri isə qoxunun kitabxanaya qoyulmuş tropik meyvə - duriandan gəldiyini aşkar ediblər. (Trend)