Rusiya Federasiyasında oktyabr ayı ərzində ərzaq məhsullarının qiymətləri sentyabr ayı ilə müqayisədə 1,5% artıb. Bu siyahıya yumurta və toyuq əti başçılıq edir. .
Foodinfo.az xəbər verir ki, “Rosstat”ın verdiyi məlumata görə, ümumilikdə ilin əvvəlindən ərzaq məhsulları 5,3% bahalaşıb.
Oktyabr ayında yumurtanın qiyməti sentyabr ayı ilə müqayisədə 13,1% artıb. Toyuq ətinin qiyməti ötən ay ilə müqayisədə 3,7% bahalaşıb. İlin əvvəli ilə müqayisə etdikdə isə bu rəqəm 29,1% təşkil edir.
Leyla