Nar sağlamlığımız üçün çoxlu faydaları olan dadlı meyvədir. Amma onun qabıqları zibil kimi atılır. Halbuki nar qabığının da bir çox faydalı xüsusiyyətləri var. Nar qabığını qaynadıb əldə edilən su orqanizmə bir çox cəhətdən xeyirlidir.
Foodinfo.az xəbər verir ki, nar qabığı suyu antioksidantlarla zəngindir və immunitet sistemini gücləndirərək orqanizmi xəstəliklərdən qoruyur. Bundan əlavə, həzm sisteminə tənzimləyici təsir göstərir və həzm problemləri üçün çox yaxşı vasitədir.
Həmçinin sidikqovucu və detoks təsiri ilə bədəndən zərərli maddələrin çıxarılmasına kömək edir.
Nar qabığı suyunun dəri sağlamlığı üçün də faydalı olduğu bilinir. Tərkibindəki antioksidantlar sayəsində dəridə cavanlaşdırıcı təsir göstərir və dəridə yarana biləcək ləkələri və sızanaqları azaldır.
Saç sağlamlığı üçün də faydalıdır, saç tökülməsinin qarşısını alır və saçların daha parlaq və sağlam görünüş qazanmasına kömək edir.
Nar qabığının şirəsinin hazırlanması olduqca sadədir. Nar qabığını suda 10-15 dəqiqə qaynadıb suyunu süzməklə əldə edə bilərsiniz.