
Qara çörək təkcə ənənəvi qidalanmanın deyil, həm də müasir sağlamlıq yanaşmalarının əsas hissəsi kimi qiymətləndirilir. Foodinfo.az bildirir ki, qara çörək yüksək lif tərkibi sayəsində həzm sisteminin fəaliyyətini stimullaşdırır, bağırsaq mikroflorasını yaxşılaşdırır və qəbizliyin qarşısını alır. Liflər mədə-bağırsaq traktında suyu özündə saxlayaraq uzun müddət toxluq hissi yaradır, bu da artıq qida qəbulunu azaldır və arıqlama prosesinə dəstək olur.
Qara çörəyin tərkibindəki B qrupu vitaminləri, maqnezium və dəmir kimi minerallar qan dövranını və sinir sistemini gücləndirir, ürək-damar sağlamlığını dəstəkləyir. Onun az qlutenli tərkibi bəzi allergik reaksiyaların riskini azaltmaqla yanaşı, qan şəkərinin səviyyəsini sabit saxlamağa da kömək edir. Mütəxəssislər qeyd edir ki, qara çörək ağ çörəkdən fərqli olaraq daha az kaloriyə malikdir və uzunmüddətli enerji mənbəyi rolunu oynayır.
Lakin qlütenə həssaslıq və ya allergiyası olan şəxslər üçün qara çörəkdən istifadə müəyyən məhdudiyyətlərlə müşayiət olunmalıdır. Həddindən artıq qara çörək qəbizlik və ya mədə narahatlığına səbəb ola bilər. Buna görə də qara çörək gündəlik qida rasionuna balanslı şəkildə daxil edilməlidir ki, həm faydaları maksimum olsun, həm də yan təsirlər minimumda qalsın.