Bir kiloqram qarabaşaq yarmasının orta pərakəndə satış qiyməti 22,5% azalaraq 88,8 rubl (1.7 azn) təşkil edib. Bu barədə “İnterfaks” Rosstat-a istinadən xəbər verir.
İstehsalçılar üçün topdansatış qiymətləri ton başına 50,7-dən 37,8 min rubla qədər azalıb. Rosstatın məlumatına görə, noyabr ayında qarabaşaq yarması satıcıları satış qiymətini bir ton üçün 24,1 min rubldan 21,1 min rubla endiriblər. Baza Telegram kanalı Check Index resursuna istinadən xəbər verir ki, 2023-cü ildə Rusiyada bir kiloqram qarabaşaq yarmasının qiyməti əvvəlki illə müqayisədə orta hesabla 13% ucuzlaşıb. Bu topdansatış alış qiymətlərinin azalması ilə əlaqədar olub.
Leyla