Qarpız suyu təkcə sərinlədici içki deyil, həm də vitamin, mineral və antioksidantlarla zəngin təbii müalicə vasitəsidir. 

Foodinfo.as qarpız suyunun sağlamlığa faydalarını təqdim edir:

1. Ürək-damar xəstəlikləri

Tərkibindəki likopen və C vitamini damarları qoruyur, xolesterini azaldır. Qan təzyiqini tənzimləməyə kömək edən kalium və sitrulin maddəsi var.

2. Qan dövranı problemləri

Sitrulin qan damarlarını genişləndirir, qan axınını yaxşılaşdırır.

3. Beyin sağlamlığı

Antioksidantlar hüceyrələri zədələnmədən qoruyaraq Alzheimer və digər neyroloji xəstəliklər riskini azaldır.

4. Böyrək və sidik yolları xəstəlikləri

Sidikqovucu təsiri ilə böyrəklərin təmizlənməsinə və ödemin azalmasına kömək edir.

5. Həzm sistemi problemləri

Yüksək su və lif tərkibi qəbizliyin qarşısını alır, mədəni yormadan həzmi asanlaşdırır.

6. İmmunitet zəifliyi

C vitamini və beta-karoten bədəni infeksiyalara qarşı gücləndirir.

Şəkərli diabeti olanlar qarpız suyunu az miqdarda və şəkər əlavə etmədən içməlidir.