Toyuq yumurtasının qidalılığının insan orqanizminə təsirini öyrənən ABŞ alimləri belə qənaətə gəlmişlər ki, səhər qayğanaq yemək çox faydalıdır.

Aşkar edilmişdir ki, müntəzəm surətdə yumurta yemək sağlamlığa, yaxşı fiziki formaya və yüksək intellektual səviyyəyə çatmağa kömək edir. Eyni vaxtda gündəlik rasionda olan bu qida artıq çəki yaratmır. Tərkibində çoxlu miqdarda vitaminlərin və mikroelementlərin olduğuna görə yumurtanı “super-yemək” adlandırmaq olar. Yumurta proteinlərlə, D və B12 vitaminləri, metallarla zəngindir. Yumurtada çoxlu amin turşuları və antioksidantlar vardır. Nəticədə günə adi yumurtadan başlayan insan iş günü üçün vacib olan bioloji impuls alır, bu da işin öhdəsindən layiqincə gəlməyə kömək edir.