Az adam bilir, amma qəhvə və banan çox sağlam birləşmədir. Foodinfo.az bildirir ki, mütəxəssislər hər fincan qəhvədən sonra bir banan yeməyi şiddətlə tövsiyə edir.
Aç qarına qəhvə içsəniz, mədənin selikli qişasına zərər verə bilərsiniz. Banan tonik təsirini azaltmadan mədə selikli qişasını qəhvənin mənfi təsirindən qoruyur.
Ümumiyyətlə, banan çox sağlamdır. Onların tərkibində B, C, PP vitaminləri, beta-karotin, kalium və dəmir var.
Bananın tərkibində sinir sisteminin fəaliyyətini normallaşdıran və depressiyanın inkişafının qarşısını alan dopamin və serotonin kimi biogen aminlər də var.