Beyində yerləşən hipotalamus adlı sahə toxluq hissi yaradaraq az yeməyimizi təmin edir. Amma avstraliyalı alimlər müəyyən ediblər ki, həddən artıq istifadə olunan kartof fri, pitsa, hamburger kimi qidalar iştahanın təbii tənzimlənmə prosesini pozur. Onların sözlərinə görə, bir həftə ərzində qəbul olunan qeyri-sağlam qida hippokampa mənfi təsir edərək beyinin işini dəyişir.

105-dən artıq sağlam könüllünün üzərində aparılan araşdırma bunu söyləməyə imkan verir. Könüllülər qrupu səkkiz gün ərzində yüksək şəkər və doymuş yağlarla zəngin zərərli qida, digər qrup sağlam və balanslaşdırılmış qida ilə qidalandırılıb. Əldə edilən nəticələr göstərib ki, qeyri-sağlam qidalanan insanlarda özünüidarə qabiliyyəti aşağı düşüb. Onlar hətta doyumlu qidalandıqdan sonra da zərərli qida qəbul etməyə ehtiyac duyublar. Tədqiqatçılar bildirirlər ki, cəmi bir həftə ərzində zərərli qida ilə qidalanmaq hippokampa ciddi zərər verə bilər.