Qırmızı soğan zəngin qida tərkibi ilə sağlamlığa bir çox fayda təmin edir. Foodinfo.az xəbər verir ki, yaddaşı gücləndirmək xüsusiyyəti isə onun antioksidantlarla və flavonoidlərlə zəngin olmasından qaynaqlanır.
Tərkibində olan kversetin və antosiyanin maddələri beynin qan dövranını yaxşılaşdıraraq neyron fəaliyyətini artırır. Bu, xüsusilə yaddaşın qorunması və zehni funksiyaların inkişafı üçün vacibdir.
Eyni zamanda, qırmızı soğan iltihab əleyhinə təsir göstərərək beyin hüceyrələrinin zədələnməsinin qarşısını alır.
Sağlam həyat üçün qida rasionunuza qırmızı soğan əlavə etməyi unutmayın.