
Pəhrizinizə alma daxil etmək düzgün addımdır. Foodinfo.az Belnovosti.by-yə istinadən xəbər verir ki, meyvələrin tərkibindəki maddələr dəriyə müsbət təsir göstərir. Lakin bu o demək deyil ki, alma çox miqdarda istehlak edilə bilər.
Gündə 1-2 alma yeyə bilərsiniz. Bu həddi hər gün keçsəniz, bir sıra mənfi nəticələrlə qarşılaşa bilərsiniz. Beləliklə, mədə-bağırsaq traktına yük arta bilər: həzm problemlərinin yaranması mümkündür. Bundan əlavə, həddindən artıq almai diş minasına zərər verə, qan şəkərini artıra bilər.