Rusiyanın Uzaq Şərq əyalətində 1 kq çəhrayı qızılbalıq kürüsünün topdansatış qiyməti noyabrda keçən illə müqayisədə 25% azalıb.

Foodinfo.az xəbər verir ki, bu barədə Ümumrusiya Balıqçılıq Assosiasiyasının (VARPE) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, 1 kq çəhrayı qızılbalıq kürüsü noyabrın ortalarında 3500 rubl (67 manat) təşkil edib ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 25 faiz ucuzdur.