Azərbaycan Rusiyanın daha 23 müəssisəsinin ölkə bazarına heyvandarlıq məhsulları tədarük etməsinə icazə verib. Foodinfo.az xəbər verir ki, "Rosselxoznadzor”un məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bu qərar müəssisələrin Azərbaycanın baytarlıq-sanitariya tələblərinə uyğunluğuna dair təqdim edilmiş zəmanətlər əsasında qəbul edilib. Hazırda Rusiyanın 1180-dən çox müəssisəsinin Azərbaycana heyvandarlıq məhsulları ixrac etmək icazəsi var.