Aclıq hissi yoxdursa, o zaman səhər yeməyinə ehtiyac yoxdur.

Foodinfo.az xəbər verir ki, səhərlər yeməkdən imtina etmək sağlamlığa heç bir zərəri olmayacaq. Həkimlər deyir ki, hər bir orqanizmin fərdi və maddələr mübadilələr sistemi var. Odur ki, səhər yeməyi maddələr mübadiləsinii bir növ “başladır” və gün ərzində qidanı daha səmərəli həzm etməyə imkan verir.

Araşdırma nəticəsində məlum olub ki, günə səhər yeməyi ilə başlayan insanların sağlamlıq problemləri daha azdır. Bununla belə, yalnız bu cür müşahidələrə əsaslanan məlumatlar birmənalı deyil. Çünki gündəlik iş rejimi aydın olan insanların adətən səhər yeməyini müntəzəm yeməsi nəzərə alınmır. Onlar gündəlik məşq etməyə meyllidirlər və pəhrizlərinə, ümumi sağlamlıqlarına da daha çox diqqət yetirirlər.

Nurlan