Buterbrod, sıyıq və omlet yeməyi unudun. Yapon alimləri səhərlər dondurma yeməyi məsləhət görür – məlum olub ki, bu məhsulu səhərlər yemək beyini gücləndirir.
Tokio Kiorin Universitetinin (Kyorin University) professoru Yoşihiko Koqa (Yoshihiko Koga) və kolleqaları eksperiment keçiriblər. Eksperiment iştirakçıları səhər yeməyinə üç qaşıq dondurma ilə başlayıblar. Sonra onlar yaddaş, reaksiya və digər qabiliyyət testləri veriblər.
Testlər göstərib ki, dondurma yeyənlər daha yaxşı reaksiyaya sahib olublar, nəinki dondurma yeməyənlər, həmçinin onlar informasiyanı daha tez qəbul edirlər.
Tədqiqatçılar iştirakçıların beyninin necə işlədiyini öyrəniblər və kəllə beynində alfa-dalğalarının gücləndiyinin şahidi olublar. Ehtimal edilib ki, dondurma insan beynini yuxulu vəziyyətdən çıxarır, ayılmağa məcbur edir. Yəni səbəb məhsulun özü yox onun dərəcəsidir.
Bu fərziyəni yoxlamaq üçün, alimlər oxşar eksperiment keçiriblər. Onlar səhər yeməyini dondurma ilə yox, bir stəkan soyuq su ilə başlamağı təklif ediblər. İştirakçılarda həqiqətən beyin aktivliyi güclənib, ancaq yenədə dondurma qəbul edilən zaman ki qədər yox.
Ümumən, hələki dondurmanın beyini stimullaşdırmasının səbəbi alimlərə tam məlum deyil. Necəki dondurmanın hər növünün, yaxud ancaq müəyyən bir növünün uyğunluğu. (Tibb Dünyası)