Dünya Səhiyyə Təşkilatı siqaret kimi ziyanlı ola biləcək qidaların siyahısını açıqlayıb. Bu qidaların siyahısını və ziyanlarını oxucularına təqdim edirik.
Xərçəngin qarşısını almaq üçün
Həkimlər bildirir ki, xərçəngin qarşısını almaq və xəstəliyi müalicə etmək üçün şəkər ehtiyacını bəhməz, xurma və əncir kimi qidalarla qarşılamaq lazımdır. Amma ifrata varmaq da olmaz. Bundan başqa tərkibində fruktoza olan qidalardan, palma yağından uzaq durmaq lazımdır. Əti gündəlik almaq, xüsusən də sosis və kolbasa kimi məhsulları nadir hallarda qəbul etmək lazımdır.
Sosis və kolbasa kimi ət məhsulları
Dünya Səhiyyə Təşkilatı bütün kolbasa, sosis kimi işlənmiş ət məhsullarını siqaret ilə eyni səviyyədə birinci kateqoriyada kanserogen elan edib. Bu qidaları hər gün qəbul edəndə xərçəng riski 20% artır.
Palma yağı zəhərdir
Həkimlər palma yağından uzaq durmağın vacibliyini qeyd ediblər:
"Palma yağı xərçəngli siçanlarda yayılmanı 8-10 dəfə artırır və xərçəng şişi çox sürətlə böyüyür".
Bir maddənin xərçəngə səbəb ola bilməsi üçün müntəzəm olaraq qəbul edilməsi mütləqdir. Hər gün məruz qalanda immunitet sistemi mübarizə apara bilmir və orqanizmi təmizləyə bilmir. Bu səbəbdən heç olmasa həftədə bir dəfə qəbul etmək lazımdır.
Qırmızı ət gündə 100 qram, işlənmiş ətlər isə 50 qram qəbul edilə bilər. Hər gün qəbul etmək isə xərçəng riskini 20% artırır.
Qatıq
Təbii yollarla istehsal edilməyən və işlənmiş bütün qidalardan uzaq durmaq lazımdır. Qatıq qidaların tərkibindəki zəhəri tutaraq mənbələri yeniləyir. Xəmirli qidalardan (işlənmiş) uzaq durmaq lazımdır.
Şəkəri isə menyudan çıxarın. Əvəzində bal, meyvə və bəhməzdən istifadə edin. Amma bu qidalardan ifrat istifadə də ziyandır. (Olke.az)