Diyetoloq Zhanna Tixanycheva şirniyyata həvəsin niyə yarandığını izah edib. Onun sözlərinə görə, bu, tez-tez enerji və güc əldə etmək ehtiyacı ilə əlaqələndirilir və şəkər onların tez mənbəyinə çevrilir.

“Məsələn, stress və ya yorğunluq zamanı, çünki o, əhval-ruhiyyəni yaxşılaşdıran serotonin istehsalını təşviq edir, qlükoza isə yorğunluğun öhdəsindən gəlməyə kömək edir və beyin fəaliyyətini stimullaşdırır. Peçenye və şokolad batonları belə vəziyyətdə ən yaxşı seçim deyil”, - ekspert Life.ru saytına müsahibəsində bildirib.

Mütəxəssis alma və armud kimi meyvələrə üstünlük verməyi tövsiyə edir.

Şirniyyata olan ehtiras bədəndə bir sıra elementlərin, o cümlədən xrom və maqnezium çatışmazlığının əlaməti ola bilər. Başqa bir səbəb bağırsaq mikroflorasının pozulmasıdır.

Nurlan