Xərçəng bədəndəki istənilən orqan və toxumaları məhv edə bilən ən dəhşətli xəstəliklərdən biridir. Əsasən, bu ciddi patoloji pis pəhriz və həyat tərzi səbəbindən baş verir. Bu barədə onkoloq-terapevt Marina Şorina danışıb. Onun sözlərinə görə, bir çox içki və qidaların tərkibində kanserogenlər - hüceyrə DNT-sində dəyişikliklərə səbəb olan təhlükəli maddələr var ki, onlar xərçəng hüceyrələrinə çevrilə bilər.

Kanserogenlər, ilk növbədə, spirtli içkilər və onların tərkibindəki etanoldur. Həddindən artıq spirt istehlakı ağız boşluğu, yemək borusu, qaraciyər, yoğun bağırsaq, düz bağırsaq və süd vəzilərinin xərçənginin inkişafına səbəb ola bilər.

Nurlan