Turşəngin orqanizmə faydaları saysız-hesabsızdır. Tam şəfa mənbəyi olan bu bitki orqanizmi sözün əsl mənasında təzələyir. Mütəxəssislər əsrlər boyu özbaşına böyüyən və təbii dərmanlar hazırlamaq üçün alternativ tibbdə istifadə edilən turşəngin təbiətdəki ən güclü mikroböldürücülərdən biri olduğunu qeyd edirlər. Elmi ədəbiyyatda Rumex acetosella adlanan turşəng qırmızı gövdəli bitki növüdür.

Foodinfo.az-ın məlumatına görə, onun yarpaqlarında yüksək miqdarda kalium olan turşəngin tərkibində oksalatlar, oksalat turşusu, tanin, antrakinon, qatran və şəkər var. 

Bundan əlavə, o, A, B və C vitaminləri ilə zəngindir. Uzunsov və tüklü yarpaqlarına görə xalq arasında quzuqulağı kimi də tanınır. 

Qədim dövrlərdən bəri dəri xəstəliklərində tez-tez istifadə edilən turşəng xüsusilə sədəf, ekzema və çibanlara faydalıdır. Tərkibindəki turşu dərinin səthindəki deformasiyaya uğramış hüceyrələri yeniləyir. Güclü mikroböldürücü təsirə malikdir. Son tədqiqatlar bu bitkinin ana südünü artıran təsirə malik olduğunu da müəyyən edib.