Son illərdə sağlam həyat tərzi sürənlər arasında təbii və funksional içkilərə maraq artmaqda davam edir. Bu trendlərin önündə isə tərəvəz mənşəli çaylar dayanır.

Foodinfo.az xəbər verir ki, xüsusilə çuğundur, kərəviz və yerkökü çayları orqanizmi toksinlərdən təmizləyən, sağlamlığı dəstəkləyən təbii vasitələr kimi seçilir.

Bu çayların tərkibində olan zəngin antioksidantlar orqanizmin sərbəst radikallara qarşı mübarizəsini gücləndirir, immun sistemini möhkəmləndirir. Eyni zamanda, tərəvəz çayları turşu-qələvi balansını tənzimləyərək bədənin optimal pH səviyyəsini qoruyur, bu da sağlamlığın saxlanması üçün vacib amildir.

Tərəvəz mənşəli bu içkilər həmçinin ödemin azalmasına kömək edir, maye mübadiləsini sürətləndirir və beləliklə, bədənin yüngülləşməsini təmin edir. Uzun müddətli istifadədə metabolizmi canlandırmaqla bədənə enerji verir və artıq çəkini azaltmağa yardımçı olur.

Yuxu keyfiyyətinə də müsbət təsir göstərən tərəvəz çayları rahat və dərin yuxu üçün təbii dəstək hesab edilir. Qış aylarında isə onların bədəni isidici və canlandırıcı xüsusiyyəti ön plana çıxır.

Ev şəraitində hazırlanması çox asan olan bu çaylar müxtəlif tərəvəzlərin kombinasiya olunması ilə fərqli dad və fayda versə də, heç vaxt əlavə şəkər və süni qatqılar ehtiva etmirlər. Dietoloqlar səhər saatlarında bir fincan tərəvəz çayının qəbul edilməsini tövsiyə edir, çünki bu zaman bədən üçün maksimum təmizlənmə və enerji təsiri əldə edilir.