
Tərkibində lif olan məhsulların qəbulu bağırsaqlarda hidrogen qazının əmələ gəlməsini stimullaşdırır və bu da arterial təzyiqin normallaşmasına səbəb ola bilər.
Foodinfo.az bildirir ki, bu barədə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin farmakologiya kafedrasının müdiri, “Sağlam qidalanma” Elmi-Tədqiqat Mərkəzinin elmi rəhbəri Oleg Medvedev məlumat verib.
Mütəxəssisin sözlərinə görə, hidrogen mikroorqanizmlər tərəfindən yoğun bağırsaqda qida liflərinin parçalanması və fermentasiyası nəticəsində yaranır. O bildirib ki, əvvəllər bu qaz sadəcə liflərin yoğun bağırsağa çatdığını və orada emala başladığını göstərən göstərici kimi qiymətləndirilirdi.
Lakin son elmi yanaşmalar hidrogenin orqanizmdəki baroreseptorlar vasitəsilə qan təzyiqinin tənzimlənməsində mühüm rol oynaya biləcəyini irəli sürür. Baroreseptorlar isə təzyiqin sabit saxlanmasında iştirak edən neyron mexanizmlərdir.
Bu səbəbdən həkim arterial təzyiqdən əziyyət çəkən şəxslərə rasionlarında lifli məhsullara – tərəvəzlərə, meyvələrə, tam taxıllara və paxlalılara daha çox yer ayırmağı tövsiyə edir. Onun fikrincə, bu cür qidalanma təbii və təhlükəsiz şəkildə təzyiqi tarazlamağa yardım edə bilər.