Kardioloq Sergey Provatorov ürək-damar xəstəlikləri üçün necə yemək lazım olduğunu söyləyib.

Foodinfo.az xəbər verir ki, ekspert “İzvestiya” qəzetinə müsahibəsində “Heyvan yağının istehlakını azaldın” deyib.

Mütəxəssisin sözlərinə görə, ət konservləri, yağlı quş əti, içalat, kolbasa, hisə verilmiş ət və piydə çoxlu xolesterin var ki, bu da qan damarlarında lövhə şəklində yığılır.

Mütəxəssis həmçinin kofeinli içkilərin istehlakını azaltmağı tövsiyə edib.

Kardioloq əlavə edib ki, banan, üzüm, kivi, gavalı, ərik qurusu, kişmiş, itburnu, kartof, kələm, balqabaq, kaliumla zəngin olan ərik qida rasionuna daxil edilməlidir.