Bir çox insanlar xiyar turşusunun suyunu sevmir. Foodinfo.az bildirir ki, bu, idmançılar üçün də çox faydalıdır.
Şeffild Hallam Universitetinin idman dietoloqu Mayur Ranchordas turşu suyunun faydalarından danışıb.
Onun sözlərinə görə, turşu şirəsinin tərkibində natrium, kalium və sirkə var ki, bu da idman edərkən itirilən natrium və duzları əvəz edir.
Professor izah edib ki, xiyar turşusu ağızda əzələ spazmlarını dayandırmaq üçün beyinə siqnal göndərən refleksə səbəb olur.