Həkim Corc Sapeqo yüksək təzyiq, ürək və damar xəstəlikləri olan insanlara kolbasadan istifadə etməməyi tövsiyə edib.

Foodinfo.az xəbər verir ki, kolbasaların tərkibində qan təzyiqinin artmasına səbəb olan çoxlu duz və qanda "pis" xolesterinin səviyyəsini artıran çoxlu heyvani doymuş yağlar var. Bundan əlavə, belə məhsulların tərkibində emal olunmuş ət var ki, bu da xərçəng riskini artıran kanserogenlər deməkdir.

Həkim yüksək təzyiq, ürək və damar xəstəlikləri olan insanlara insult və ya infarkt riskindən qorunmaq üçün kolbasadan istifadə etməməyi, həmçinin uşaqların və hamilə qadınların qida rasionundan xaric edilməsini tövsiyə edib.

Nərmin