Mütəxəssislər erkən yaşlarda düzgün qidalanmanın uşaqların sağlam inkişafı üçün vacib olduğunu bildirirlər. Bu yanaşma gələcəkdə düzgün qida vərdişlərinin formalaşmasına kömək edir. Foodinfo.az РИАМО-ya istinadla xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux iki yaşdan kiçik uşaqların rasionunda dondurmanın yer almamasını tövsiyə edir.
Onun sözlərinə görə, dondurma yüksək şəkər tərkibli məhsuldur və körpələrin həzm sistemi üçün uyğun deyil. Həkim bildirir ki, iki yaşdan böyük uşaqlara isə bəzən təbii tərkibli plom birdən bir-iki kiçik qaşıq vermək olar. Bu zaman məhsulun tərkibinə xüsusi diqqət yetirilməlidir.
Mütəxəssis valideynlərə şirin alternativ kimi meyvə püreləri və ya evdə hazırlanmış sağlam desertləri seçməyi məsləhət görür. Bu cür seçimlər həm uşaqların xoşuna gəlir, həm də sağlamlığa faydalı olur.






