Praktik resept sayəsində evdə xırtıldayan kartof qızartması hazırlamaq əslində mümkündür. 

 Foodinfo.az-ın məlumatına görə, qızartma yağına sirkə əlavə etmək qızartma prosesi nəticəsində alınan yeməyi daha xırtıldayan və dadlı edir. Sirkə yağın köpüklənməsinin qarşısını alır və yeməyin daha tez bişməsinə kömək edir. Bundan əlavə, sirkə yağın oksidləşməsini yavaşlatmaqla yağın daha uzun müddət qalmasına kömək edir. Həmçinin sirkə sayəsində kartof tavaya yapışmır.

Sirkə turşu tərkibli olduğundan onu qızartma yağına əlavə etmək yağın pH səviyyəsini aşağı salır. Bu, yeməyi daha xırçıltılı edir. Sirkə həm də yeməyi daha dadlı edir. 

 Qızartma prosesində qidanın tərkibindəki su buxarlanır və buxarlanan su yağın köpüklənməsinə səbəb olur. Sirkə yağın köpüklənməsinin qarşısını alır və qızartma prosesini daha təmiz və təhlükəsiz edir. 

 Qızartma yağına 1 çay qaşığından artıq sirkə əlavə etmək məsləhət görülmür.