Stressli bir hadisədən əvvəl yağlı yeməklər yemək damarların fəaliyyətini və beynin oksigen təchizatını poza bilər. Foodinfo.az xəbər verir ki, bu barədə “Frontiers in Nutrition” jurnalında dərc olunan məqalədə bildirilir.
Təcrübədə 21 nəfər (sağlam gənc kişi və qadınlar) iştirak edib. Onlar iki qrupa bölünüb: birinciyə yüksək yağlı pəhriz (56,5 qram yağ), ikinciyə isə az yağlı (11,4 qram yağ) verilib. Problemin həllini sürətləndirməli olduqları 8 dəqiqəlik stresli riyaziyyat tapşırığını yerinə yetirməzdən 90 dəqiqə əvvəl bu yeməyi yeyiblər.
Hər iki qida növü qan damarlarının genişlənməsinə və qan təzyiqinin artmasına kömək edib. Bununla belə, yüksək yağlı yemək yeyənlərdə, stresli hadisənin bitməsindən 90 dəqiqə sonra damar funksiyası əhəmiyyətli dərəcədə pozulmuş olaraq qalıb. Az yağlı qidalar qəbul edən iştirakçılar daha tez normala dönüblər.
Ümumiyyətlə, yağlı qidaların qəbulu damarların fəaliyyətini 1,74% pisləşdirib. Əvvəlki araşdırmalar göstərib ki, damar funksiyasının 1% azalması ürək-damar xəstəlikləri riskinin 13% artmasına səbəb olur.
Leyla