Südün yatmazdan əvvəl içilməsi yuxu keyfiyyətini artırır, sinir sistemini sakitləşdirir və həzmi yaxşılaşdırır. Foodinfo.az xəbər verir ki, onu bəzi təbii inqrediyentlərlə birləşdirmək təsirini daha da gücləndirə bilər.  

Bal

- Təbii sakitləşdirici təsir göstərir.  

- Melatonin və serotonin ifrazını artıraraq yuxuya getməyi asanlaşdırır.  

- Boğazı yumşaldır və immuniteti gücləndirir.  

- 1 stəkan ilıq südə 1 çay qaşığı bal əlavə edib qarışdırın.  

Sarıkök  

- İltihabəleyhinə və immuniteti gücləndirici təsir göstərir. 

- Bağırsaq sağlamlığını və həzmi yaxşılaşdırır.  

- Əzələ və oynaq ağrılarını azaldır. 

- 1 stəkan südə ¼ çay qaşığı sarıkök və bir az darçın əlavə edib qarışdırın.  

Darçın  

- Bədən istiliyini artırır və rahat yuxuya kömək edir.

- Qan şəkərini tənzimləyir və şirinlik ehtiyacını azaldır. 

- İltihab və soyuqdəyməyə qarşı təsirlidir.  

- 1 stəkan isti südə ½ çay qaşığı darçın əlavə edin.  

Mixək 

- Rahatlıq verir və stressi azaldır.  

- Mədə turşusunu balanslaşdırır və həzmi yaxşılaşdırır.

- Sakitləşdirici təsiri var, yuxuya getməyi asanlaşdırır.  

- 1 stəkan südə 1-2 mixək əlavə edib qaynadın.  

Kakao ya tünd şokolad

- Rahatlıq və xoşbəxtlik hissi yaradır (serotonin ifrazını artırır).  

- Antioksidantlarla zəngindir, beyin fəaliyyətinə faydalıdır. 

- Hafizəni və sinir sistemini gücləndirir. 

- 1 stəkan südə 1 çay qaşığı təbii kakao əlavə edib qarışdırın.