Mikrodalğalı sobada yumurtanı qızdırmaq təhlükəli ola bilər. Foodinfo.az xəbər verir ki, bu barədə RОSBİOTEX Universitetinin Qida Təhlükəsizliyi kafedrasının dosenti Natalya Fomenko məlumat verib.

Ekspertin sözlərinə görə, sobada yumurta buxarın içəridə yığılması səbəbindən partlaya bilər.

Fomenko əlavə edib ki, mikrodalğalı sobada göbələk, yarpaq tərəvəzlər, bal, acı bibər və ana südünü də qızdırmaq tövsiyə olunmur. Çünki bərabər olmayan qızdırma “isti nöqtələr” yarada bilər ki, bu da uşaqlar üçün təhlükəlidir.

Həkim yumurtanı və digər məhsulları qızdırmaq üçün su banyosundan istifadə etməyi tövsiyə edib.

Ekspert həmçinin qeyd edib ki, mikrodalğalı soba dondurulmuş meyvə və giləmeyvələrdə C vitamininin itirilməsini sürətləndirir və onların toxumasını sulu edir.