
Zeytun yağı minilliklərdir Aralıq dənizi mətbəxinin əsas qida məhsullarından biridir. Foodinfo.az xəbər verir ki, son araşdırmalar göstərib ki, bu yağ yalnız ürək deyil, həm də sümük sağlamlığı üçün faydalıdır.
İspaniyanın Madrid Universitetindən dietoloq Dr. Rosa Ortega “El País” qəzetinə açıqlamasında bildirib ki, zeytun yağında olan polifenollar sümüklərin sıxlığını artırır. Onun sözlərinə görə, bu maddələr osteoporoz riskini azaldır. Dr. Ortega qeyd edib ki, zeytun yağının müntəzəm istifadəsi kalsiumun orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir. O, həmçinin vurğulayıb ki, yağın soyuq sıxma, təbii formasında olması vacibdir. Mütəxəssis bildirib ki, gündə 2-3 xörək qaşığı zeytun yağı sümük sağlamlığı üçün kifayətdir.
Araşdırmalar göstərib ki, zeytun yağı istifadə edən insanların sümük qırılma riski daha az olur. Dr. Ortega əlavə edib ki, bu yağ həm də iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bu, oynaqlarda ağrıların azalmasına səbəb ola bilər. Mütəxəssis vurğulayıb ki, zeytun yağı xüsusilə qadınlarda menopauza sonrası dövrdə faydalıdır. Onun sözlərinə görə, bu yağ qocalıqda sümük itkisini yavaşladır. Dr. Ortega qeyd edib ki, zeytun yağının gündəlik pəhrizdə yer alması həm sağlamlıq, həm də uzunömürlülük üçün mühümdür. O, zeytun yağını sümükləri qoruyan təbii qida kimi qiymətləndirib.