Zeytun yağı sağlam qida məhsulu kimi bütün dünyada geniş istifadə olunur. Qatığın isə tam bir vitamin və mineral anbarı olması hər kəsə məlumdur. Bu iki qidanı birləşdirdikdə onların faydaları daha da atmış olur. Onu müntəzəm olaraq istehlak etmək bədənimizin sağlam işləməsinə kömək edə bilər.

Foodinfo.az zeytun yağlı qatığın möcüzəvi faydalarını təqdim edir:

1. Həzm sistemi sağlamlığı üçün

Zeytun yağlı qatıqda probiotiklər, yəni faydalı bakteriyalar var. Bu bakteriyalar həzm sistemini tənzimləyir, bağırsaq sağlamlığını qoruyur və həzmi asanlaşdırır. Bu şəkildə qəbizlik və həzm sistemi pozğunluqları ilə mübarizə aparmağa kömək edir. 

2. Dəri sağlamlığını dəstəkləyir 

Müntəzəm olaraq zeytun yağlı qatıq istehlakı dəri sağlamlığına müsbət təsir göstərir. Qatığın tərkibindəki probiotiklər dərinin sağalmasına kömək edərkən, zeytun yağı da dərinin nəm balansını qoruyaraq sağlam dəri görünüşünə töhfə verir. 

3. Kalsium deposu

Qatıq kalsiumla zəngin qidadır. Bundan əlavə, zeytun yağlı qatıqda kalsiumun udulmasını artırmağa kömək edən yağ turşuları var. Beləliklə, sümük sağlamlığını dəstəkləyir və osteoporoz kimi sümük itkisi problemlərinin qarşısını alır.

4. Antioksidantlarla zəngindir 

Zeytun yağı antioksidantlarla zəngindir. Bu şəkildə zeytunyağlı qatıq bədəndəki sərbəst radikallarla mübarizə apararaq xərçəng və digər xroniki xəstəliklər riskini azaltmağa kömək edir. 

5. Çəki nəzarətini dəstəkləyir 

Bu ikili toxluq hissi verir və bununla da çəki nəzarətini dəstəkləyir. Həm də aşağı kalorili olduğu üçün pəhriz saxlayanlar üçün ideal bir seçimdir.