Rusiyanın məşhur, qocaman professor cərrahı Fyodor Uqlov 104 il yaşayıb. O, 90-100 yaşında belə işə gedər, əməliyyatxanaya girib, xəstələri əməliyyat edərdi.
Əgər o, xəstəxananın sürüşkən kafel döşəməsi üzərinə yıxılıb, bud-çanaq sümüyünü sındırmasaydı, hələ çox yaşayacaqdı. Təəssüf ki, cərrah əməliyyat zamanı narkozun fəsadlarına tab gətirməyib öldü. Amma son gününə kimi aydın zehni, işləyən əlləri var idi.
Foodinfo 104 yaşlı cərrahın uzunömürlülük sirrini açan qidalanma və rejimini təqdim edir:
Qeyd edək ki, bu məlumatları onun həyat yoldaşı açıqlamışdı.
170 sm boyu olan cərrahın ömür boyu çəkisi 70 kq-dan yuxarı olmayıb. Onun xüsusi dietası və qadağan qidaları olmayıb.
Fyodor Uqlov az qidalanırdı, amma heç nədə özünə korluq vermirdi.Səhərlər suda bişmiş yumurta, kəsmik, yağ, pendir yeyirdi.
Günorta həmişə ət bulyonunda şorba içərdi. İkinci yemək olmazdı. Adətən xəstələr çox olduğu üçün, şorbasını gec də olsa içərdi.
Axşamlar kefir içirdi.
Professor deyirdi ki, əsl sibirli mütləq pelmeni və ət yeməlidir. Çünki genlərimiz tələb edir.
Həkim yuxu rejiminə mütləq əməl edərdi. Növbədə olmayan günlər gecə saat 11-12-də mütləq yatağa girər, saat 7:30-da qalxardı. İdman etməzdi. Sadəcə çox yol gedər, işə qaçar və işdə gərgin çalışardı.
Gecə yeməyi xoşlamazdı. Əgər yeməyə gecikdinsə, heç yemə deyərdi. Dahi cərrah ömrü boyu çəkisini ciddi nəzarətdə saxlayırdı.
Əgər çəkisi 70 kq-dan bir qədər artardısa, dərhal yeməyi azaldardı. O deyirdi ki, tox və dolu qarın xəstəliklərin səbəbidir.
İnsan onkologiyadan qorxduğu qədər ağır çəki və piylənmədən qorxsaydı, daha yaxşı olardı. Piylənmə daxili orqanlarda iltihabi proseslərin ilk siqnalıdır.