Şabran rayonunda zəhərlənmə olub. Foodinfo xəbər verir ki, hadisə Şabran şəhərində qeydə alınıb. Şəhər sakini, 2018-ci il təvəllüdlü Xuraman Vüsal qızı Zəkiyeva dərmandan zəhərlənib. Azyaşlının anasının sözlərinə görə, körpənin hansı həbi qəbul etdiyini bilmir. X.Zəkiyevanın müalicəsi xəstəxanada davam etdirilir. Faktla bağlı araşdırma aparılır.