Son zamanlar sarıköklü süd, sarıköklü suyun möcüzələri barədə çox yazılır, amma hər yazılanı da orqanizmində sınayan az olur. Foodinfo xəbər verir ki, təbii, təmiz sarıkök qədimdən iltihab əleyhinə və antibakterial təsiri ilə loğmanlara məlum olub. Rusiyalı bloger 3 aylıq təcrübəsinin nəticələrini paylaşıb. O, hər səhər sarıköklü qaynanmış su içib. - Baxmayaraq ki, ailə üzvləri, hətta ev pişiyi belə mövsümi virus və qripə tutulub, o, 3 ay ərzində, soyuq qış olmasına baxmayaraq, bir dəfə də zökəm və soyuqdəymə keçirməyib. - 1 ay içdikdən sonra səhərlər daha gümrah oyandığımın və enerjimin çox olduğunu gördüm - Dərimin, saçlarımın və gözlərimin vəziyyəti yaxşılaşdı - Günün sonuna daha az yorulurdum - Bir çox dəyişiklikləri görəndən sonra ərim də sarıköklü suya keçdi Biz hind sarıkökü istifadə edirdik. Dadı acı olduğu üçün suya bir az limon əlavə edirdik.