40 yaşından sonra istər qadın, istər kişilərdə ürək-damar xəstəliklər riski artır. 2014-cü ildə Harvard universitetində tibb alimləri 1600 kliniki tədqiqatın nəticələrini analiz edərək bu nəticəyə gəldilər ki, kakao bu ürək-damar problemlərini azaldır. O, təmiz tünd şokoladdan da effektivdir. Foodinfo hər gün bir fincan kakao içməyin faydalarını təqdim edir: - Damarın varikoz genişlənməsinə qarşı - Təzyiqi normallaşdırır - Miqren tutmalarının sayını azaldır - Qanda şəkəri tənzimləyir - Damarların divarını elastikləşdirir - Qanın mikrodövranını artırır - İnfarkt və insult riskini azaldır - Preddiabet mərhələsində şəkər xəstəliyə keçidin qarşısını alır - Qadınlarda erkən klimaksın qarşısını alır Ona görə də sabahdan yaxşı keyfiyyətli kakao tozu alıb, hər gün için.