Vitaminlərin sağlamlığımıza təsirləri olduqca çoxdur. A vitamini də bunlardan biridir. İti görmənin, sağlam qığırdaq və sümükllərin, hamar dərinin memarı məhz A vitaminidir. Foodinfo.az sherg.az-a istinadən bildirir ki, bir çox qidada olan bu vitaminin çatışmazlığı xüsusilə böyümə çağı və hamiləlik dövründə ciddi problemlərə yol aça bilər. Bəs, kafi səviyyədə A vitamini almasaq bədənimizdə nələr baş verər? A vitamini çatışmazlığının əlamətləri nələrdir? A vitamini ehtiva edən qidalar hansılardır? A vitamini çatışmazlığını göstərən ən əhəmiyyətli əlamətlərdən biri qeyri-kafi gözyaşı ifrazı, yəni quru göz sindromudur. Əgər bu narahatlıq uzun müddət davam etsə, görmə qabiliyyətinin itməsinə yol aça bilər. Qadınlar hamilə qalmaqla əlaqədar problem yaşayırlarsa, demək A vitamini anbarlarına mütləq nəzarət edilməlidir. A vitaminindən zəngin qidalanmaq həm kişilərin, həm də qadınların reproduktiv sağlamlığına müsbət təsir edir. A vitamini dəri toxumasını "təmir" etmə gücünə malikdir. Əgər bu vitamin çatışmazlığı varsa, dəridə sızanaqlar əmələ gəlir və həddindən artıq yağlanmaya səbəb olur. Əgər dərinizdəki yaraların geç sağaldığını fərq edirsinizsə kök, portağal, süd və qırmızı ət kimi A vitamini ehtiva edən yeməkləri nə qədər istehlak etdiyinizi bir daha nəzərdən keçirin. Qeyri-kafi A vitamini qəbulu el arasında "toyuq korluğu" kimi tanınan pozulmaya yol aça bilər. Bu vəziyyətdə göz sisteminin iti görmək qabiliyyəti zəifləyər və qaranlıqda görmək çətin hala gələ bilər. A vitamini, bədənin dəri toxumasının ehtiyac duyduğu nəmi təmin etmədə əhəmiyyətli bir rola malikdir. A vitamini çatışmayanda dəri o qədər quruyar ki, sanki yaralanmış kimi qırmızı bir rəng alar. Eqzama kimi xəstəlik, həddindən artıq qaşınmaq ortaya çıxar. Bu, xüsusilə körpələrdə və uşaqlarda daha çox diqqət yetirilməsi lazım olan işarələrdəndir. Uşaqlıq dövründə A vitamini ilə zəngin qidalanma uşağın görmə sağlamlığından immunitet sisteminin güclənməsinə qədər böyük faydalar verər. Unutmayın, A vitamini çatışmazlığı olan uşaq yaşıdlarından daha gec böyüyər.