Alimlər yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün ən faydalı içkini elan edib. Məhz bu içki təzyiqi aşağı salıb, normada saxlamağa və damarların vəziyyətini yaxşılaşdırmağa kömək edəcək. Foodinfo.az medicina.az-a istinadən bildirir ki, bu, qırmızı mərsin (brusnika) şirəsi və dəmləməsidir. Helsinkiy Universitetinin alimləri bunu xəstə siçanlar üzərində təcrübə ilə sübut ediblər. 10 həftəlik təcrübədə siçanlara mərsin, qarağat və s. içkilər verilib. Qırmızı mərsin şirəsi içən siçanlarda təzyiqin düşməsi qeyd olunub. Digərləri zəif nəticə göstərib.
Qeyd olunub ki, brusnikada olan polifenol ürək-damar xəstəliklərində faydalıdır. Lakin bu o demək deyil ki, şirəni içdikdə dərmanlar saxlanmalıdır. Bu içki müalicəyə əlavədir.