Təbii alma sirkəsi həqiqətən çox faydalı və müalicəvi məhsuldur. Alma sirkəsinin bəzi faydaları elm tərəfindən də təsdiq olunub. Foodinfo.az Sağlamolun.az-a istinadən alma sirkəsinin 4 faydası ilə tanış edir:
Mikrobları öldürür
Alma sirkəsi bir çox mikrobların və o cümlədən bağırsaq çöpü, stafilokokkun çoxalmasının qarşısını alır. Angina zamanı alma sirkəsi ilə qarqaralar çox effektlidir. Həmçinin alma sirkəsi bağırsaqlarda patoloji mikrobları öldürür.
Arıqlamağa yardım edir
Elmi araşdırmalar göstərir ki, alma sirkəsi qarın piylərinin əriməsini stimullaşdırır. Həmçinin alma sirkəsi toxluq hissini artırır.
Dərinin vəziyyətini yaxşılaşdırır
Alma sirkəsi dərinin vəziyyətini yaxşılaşdırır, ağardır, cavanlaşdırır.
Ürək üçün faydalıdır
Alma sirkəsi xolesterin və triqliseridlərin səviyyəsini aşağı salır, arterial təzyiqini tənzimləməyə yardım edir.