İnsanın bir çox orqanlarının işi qanın dərəcədə keyfiyyətli, duru və qatı olmasından asılıdır. Əgər qan qatılaşırsa, bu artıq ciddi siqnaldır.
Foodinfo rusiyalı həkimin təqdim etdiyi qanı qatılaşdıran qidaların siyahısını təqdim edir.
Qanın qatılığı birinci növbədə orqanizmə daxil olan maye, su miqdarından çox asılıdır.
Qan 90% sudan ibarətdir.
İkinci səbəb qida və dietadır.
Əgər sizdə analizlərdə qan laxtalanması yüksəkdirsə, bu insanlar ümumiyyətlə aşağıdakı ərzaqlardan uzaq durmalıdır
- Şəkər – təkcə sənaye şəkəri yox, şirin meyvə, quru meyvələr də şəkər tərkiblidir. Şəkər qanın hüceyrələrini yapışdırır. Südlü şokolad, tort, pirojna, qazlı içki, şirin nə varsa – qanı qatılaşdırır. Şəkər xəstələrində diabet xırda damarları məhv etdiyi üçün onlar ümumiyylə qanın qatılaşmasının qarşısını almalıdırlar.
- Kartof – nişasta çox olduğu üçün həzm sistemində dərhal qlükozaya parçalanır. Bu da qanı qatılaşdırır
- Bal – hər 100 qramında 70 qr şəkər var. Tromb yaranmasına imkan verməsə də qanı qatılaşdırır
- Duzlu qidalar – orqanizmi susuzlaşdırır, qanı qatılaşdırır
Əgər sizdə xroniki yorğunluq, gərginlik, diqqət yayılması, depressiya varsa, deməli qanınız qatıdır. Həkimə gedib, analiz verin
Nurlan
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir