Yeni il bayramı günlərində Gürcüstanda qida və alkoqollu içkilərdən zəhərlənmə halları qeydə alınıb.
Foodinfo xəbər verir ki, dekabrın 31-dən yanvarın 3-dək Gürcüstanın təcilli tibbi yardım müəssisələrinə və xəstəxanalarına alkoqol və qida zəhərlənmələri ilə əlaqədar 1254 müraciət daxil olub. Müraciətlərdən 387-si qidadan, 844-ü isə alkoqollu içkilərdən zəhərlənmə ilə əlaqədardır. Daha 23 halda isə zəhərlənmə həm qida, həm də alkoqoldan baş verib.
Mütəxəssislər bu sayın artacağını istisna etmirlər. Bildirilir ki, bölgələrdə xalq təbabəti ilə müalicə olunanlar da var. Bayram günləri hələ davam edir.
Nurlan
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir