Saysız faydaları olan bulqur həm də arıqlamağa kömək edir. Bulqurun arıqlamağa təsiri haqqında türkiyəli qidalanma və pəhriz mütəxəssisi Seda.D məlumat verib.
Foodinfo.az medicina.az-a istinadən bildirir ki, bulqur, fol turşusu tərkibi sayəsində uşaqlar və hamilə qadınlar üçün vacibdir. Əslində, bulqur hamiləliyin ilk 3 ayında yeyilirsə, qadınlar fol turşusunu dərman vasitəsi ilə deyil, birbaşa ondan götürə bilərlər. Bulqur həm də, uşaqların beyin inkişafına çox əhəmiyyətli təsir göstərir.
Faydaları saymaqla bitməyən bulqur bir çox tərəvəzdən daha çox dəmirlə zəngindir. Onun tərkibində o qədər dəmir var ki, qan azlığı və dəmir əskikliyi problemi yaşayan xəstələrə bulqur yemələri tövsiyə olunur. BUlqurda olan dəmir miqdarı ispanaqdakından da çoxdur.
Bundan əlavə, bulqur diabet və ürək xəstəlikləri riskini də azaldır. Belə ki, qlisemik indeksi aşağı olan qidalar, diabet və ürək kimi xroniki xəstəliklərin əmələ gəlmə risklərinin qarşısını alır və belə xəstələri nəzarət altında saxlamağa imkan verir.
Son xəbərlər
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır