Xalq təbabətində ən çox istifadə edilən və faydalı hesab edilən bitkilərdən biri kəklikotudur. Kəklikotu yara, infeksiya, yanıq yarası, virus əleyhinə, antiseptik, göbələk, revmatizm əleyhinə təsir edir.
Foodinfo xəbər verir ki, xüsusilə qış aylarında quru öskürək, boğaz ağrısı, bəlğəm problemlərdən xilas olmağın ən effektiv üsullarından biri kəklikotu çayıdır.
Kəklikotu bitkisindən çay dəmləyib içmək bəlğəmdən xilas olmaq üçün ən yaxşı üsuldur. Bitkinin 400-ə qədər növü var. Antioksidant tərkibli olduğu üçün bu bitki orqanizmi onkoloji və ürək-damar xəstəliklərindən qoruyur.
Dəmirin zəngin mənbəyi sayıldığına görə anemiya xəstələrinə də məsləhət görülür. Dəri, sinir xətəlikləri və əzələ spazmlarında geniş istifadə olunur. Kəklikotu həm də nevrit, seboreyya dermotiti və qlossiti zamanı çox xeyirlidir. Sidikqovucu təsirə də malik olan bu bitki, orqanizmi qocalmadan qoruyur.
Kəklikotu həmçinin, sinə tutulmasına qarşı yaxşı mübarizə üsuludur. Kəklikotunun tərkibindəki ən mühüm maddə uçucu efir yağlardır. Bu yağlar qana qarışıb, bronxial əzələlərə təsir edərək ağrıları azaldır, öskürək və yuxarı tənəffüs yolları iltihabında çayı da çox təsirlidir.
Kəklikotu çayının hazırlanması
1 çay qaşığı təzə, quru kəklikotunu iri fincanda üzərinə su alıb, saxlayın. 5 dəqiqə sonra bu suyu otla birgə dəm çaydanına töküb, qaynara düşənə kimi zəif odda saxlayın.
Çox qaynatmadan oddan götürüb, ağzı bağlı şəkildə 7 dəqiqə soyudun. Sonra süzüb, elə isti halda için.