Küncüt toxumunun əzməsi orqanizm üçün çox faydalıdır. Foodinfo.az teleqraf.com-a istinadən bildirir ki, küncüt əzməsi səhər yeməyi və şirniyyatlarda kalsium mənbəyi olaraq istehlak edilir. Bu qida insanı xərçəngdən qorumaqla yanaşı, bədəndəki zəhəri də xaric edir. Bu gün mövsümi xəstəliklər qapımızı döyəndə istehlak etməli olduğumuz bir qidalar sırasındadır. Küncüt əzməsi E, C və B vitaminləri ilə zəngindir. Hüceyrə quruluşunun korlanmasının qarşısını alır. Yaraların sağalmasını sürətləndirir. Xərçəngdən qoruyur. Damar sərtliyi və tıxanıqlığın qarşısını alır. Dərini gözəlləşdirir. İmmunitet sistemini gücləndirir. Göz sağlamlığı üçün çox vacibdir. Yaddaşsızlığın qarşısının alınmasına müsbət təsir göstərdiyi sübut edilib.
Özünəxas qoxusu olan küncüt əzməsi quru yerdə uzun müddət saxlaya bilərsiniz. Öd daşlarının azalmasında, nəfəs darlığı və bronxitdə faydalı olduğu təsdiqlənib. Uşaqların beyni və zəkasının inkişafında təsirlidir. Tərkibindəki bəzi maddələr səbəbiylə sümük inkişafında çox faydalıdır. Tək istehlak edildikdə dadı xoş olmasaq da, bəkməzlə qarışdırmaq həm daha faydalı, həm də ləzzətlidir. İki dadın birləşməsi nəinki enerji verir, həm də qanı artırır, qışda üşüməyin qarşısını alır. Soyuq havalarda bədənin müqavimətini artırmaq üçün zülal, vitamin, mineral və antioksidanlarla zəngindir.
Mədə xəstəlikləri üçün son dərəcə faydalıdır. Tərkibində xolesterol yoxdur. Tox saxlayır.