Mütəxəssislər D vitamininin orqanizmdə çatışmazlığının əsas əlamətlərini açıqlayıblar. Foodinfo.az xəbər verir ki, bu vitaminin çatışmazlığı ilə osteoporoz, 2-ci tip şəkərli diabetə və yüksək qan təzyiqi xəstəlikləri artır. Orqanizmdə D vitamini əsasən qış aylarında çatışmır. Çünki onun əsas mənbəyi günəş şüasıdır. Bu əlamətlər əsasən sümüklərdəki ağrılarla, sərt oynaqlarla, həddindən artıq artıq çəki, başdakı tərləmə,bağırsaq problemləri və depressiya ilə özünü biruzə verir. ABŞ-ın Boston Universitetinin mütəxəssisləri lazımi miqdarda D vitamini əldə etmək üçün insanın gündə 15-20 dəqiqə günəşdə olmasının vacibliyini vurğulayıblar. Yadda saxlamaq lazımdır ki, bu problem tərkibində D vitamini olan qidalarla tam həll ola biməz, çünki onun ən vacib mənbəyi günəş işığıdır. (ölkə.az)