Müntəzəm və analizlərə diqqət yetirmədən D vitamini qəbulu böyrəklərə pis təsir edib, gözlənməyən problemlər yarada bilər. Foodinfo xəbər verir ki, bu barədə Rusiyanın 2 saylı nefroloji xəstəxanasının baş həkimi bildirib. O bildirib ki, kor –koranə, hətta analizdə D əskikliyi olsa da dozanı dəqiqləşdirmədən və qanda kalsiumun səviyyəsini bilmədən D vitamini qəbul etmək neftotoksiki təsir edir. D vitamin və kalsiumun doza artıqlığı hiperkalsemiyaya səbəb olur ki, bu da böyrəkləri zədələyir. D vitamini qəbul edənlər qanda kalsium və fosforun səviyyəsini daim nəzarətdə saxlamalıdırlar. “Mən bunu nəzərə çatdırmaqla insanları vitamin D-dən uzaq tutmaq istəmirəm. Qışda, soyuqda Günəş olmadığı vaxt D vitamini vacibdir. Lakin aşırı dozanın, xüsusən kalsium və fosforun artmasının nefrotiksiki olmasını bilməlisiz. D vitamini qəbulundan əvvəl, kursun ortasında və sonunda qanda kalsium, fosfor analizini verin”. Qeyd edək ki, nefrotoksiklik dərmanlarda olan kimyəvi maddələrin orqanlara zəhərli təsiri deməkdir.   Nurlan