Gərginliyi azaldan və mikrob öldürücü tərkibi olan kəklikotu xəstəliklərə qarşı müqaviməti artırır və uşaqlarda anemiya üçün müsbət təsir edir. Bəs kəklikotu və kəklikotu suyunun faydaları nədir?
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, qoxusu, görünüşü və dadı ilə çox məşhur olan kəklikotu sağlamlığınıza inanılmaz faydalar verir. Kəklikot tərkibindəki vitamin və minerallarla zəngindir və antioksidan təsiri var. Lakin,kəklikotu suyunun həddindən artıq içilməsi həssas orqanlarda allergiyaya səbəb ola bilər. Reflü, başgicəllənmə və ya baş ağrısı yarada bilər.
- Kəklikotunun tərkibində dəmir, kalsium, maqnezium, kalium manqan mineralları və A, C, E, K, B6 vitaminləri var.
- Kəklikotu suyu antiseptik təsir göstərərək yaraları təmizləmək, ağız gigiyenasını təmin etmək və öskürək üçün sınanmış vasitədir.
- Tənəffüs xəstəliklərində kəskin bronxit və öskürəyin müalicəsində faydalıdır. Qalıcı bir öskürək üçün kəklikotu çayını içmək rahatləşdırıcı təsir göstərir
- Kəklikotu suyu və ya kəklikotu yağı dəriyə çəkildikdə, göbələk xəstəliklərinin müalicəsində kömək edir. Bundan əlavə, kəklikotu suyu ilə ağzınızı yusanız, bakteriya və saqqız xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.
- Həzm üçün çox təsirlidir. Qəbizlik üçün yaxşıdır və hemoroidin qarşısını alır. Tərkibindəki qida lifi sayəsində şişmə və qaz problemlərini həll edir.
- Kəklikotu yağı nazik saçlar vəsaçqıranlara müsbət təsir göstərir. Baş dərisini masaj etməklə tətbiq olunur.
- Revmatik ağrılarda kəklikotu yağını ağrıyan yerə çəkmək yaxşıdır, amma onu digər yağlarla qarışdırıb tətbiq etmək daha yaxşıdır. Eqzema və yahəşərat sancmalarından qaynaqlanan qaşınma da təsirli bir dərman rolunu oynayır.
- Kəklikotu suyunun antiseptik və mikrob öldürücü xüsusiyyətlərinə görə sızanaqlarda təsirli olduğu müşahidə edilib. Lakin kəklikotu yağı sızanaqları qıcıqlandırır. Ona görə çox istifadə etmək olmaz.
QEYD: Həkim tərəfindən tövsiyə edilmədikdə hamiləlik və süd əmizdirmə zamanı istifadə etmək düzgün deyil.